10 C
Baku
Friday, December 13, 2024

“Səba” ASC-nin səhmdarları toplaşır

30 iyun 2023-cü il tarixdə saat 15:00-da Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında cəmiyyətin inzibati binasında “Səba” Açıq Səhmdar Cəmiyyətinin  səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, bu barədə “Səba” ASC-nin Direktorlar Şurası qərar verib.

Ümumi Yığıncağın gündəliyinə “Səba” ASC-nin 2022-ci il üzrə illik (maliyyə) hesabatları məsələnin müzakirəsi daxil edilmişdir.

“Cəmiyyətin bütün səhmdarlarının nəzərinə çatdırılır ki, səhmdarlar Ümumi Yığıncağın gündəliyinin layihəsinə dair təkliflər vermək və gündəliyə daxil edilmiş məsələ (və ya məsələlər) üzrə müvafiq sənədlərlə Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanda tanış olmaq hüququna malikdirlər”.

Xatırladaq ki, “Səba” ASC 1997-ci ilin dekabrında təsis edilib. Şirkətin nizamnamə kapitalı son hesablamalara görə, 4 790 592 manat təşkil edir. Cəmiyyətin səhmlərinin 37.3%-i Hidayət Quliyevə, yenə də 37.3%-i “Baku Investment Company” MMC-yə, 25%-i İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə, 0.4%-i isə digər 11 fiziki şəxsə məxsusdur.

Aqrar şirkətin kurasiyasına “Biləsuvar Aqro” MMC, “Qarabağ Taxıl” MMC və “Qarabağ Toxum” MMC də daxildir.

Son xəbərlər
Digər xəbərlər