2 C
Baku
Saturday, December 14, 2024

“Şəfəq” günəş elektrik stansiyasının tikinti layihəsi üzrə yekun investisiya qərarı qəbul olunacaq

Cəbrayıl rayonunda tikiləcək “Şəfəq” (Sunrise) günəş elektrik stansiyasının tikinti layihəsi üzrə yekun investisiya qərarı bu ilin ikinci yarısında qəbul olunacaq

Bunu jurnalistlərə açıqlamasında BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Onun sözlərinə görə, hazırda xırda texniki, kommersiya məqamları dəqiqləşdirilir və bu ilin ikinci yarısında yekun investisiya qərarı veriləcək.

Vitse-prezident onu da əlavə edib ki, layihə üzrə təməlqoymanın bu il qoyulacağı gözlənilir.

Xatırladaq ki, 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının tikinti layihəsinin 2025-ci ilin sonunadək həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, ötən ilin sentyabrında SOCAR, BP və AİŞ arasında Qoşulma Sazişi imzalanıb. Bu sənəd SOCAR-ın və AİŞ-in “Şəfəq” layihəsinə daxil olmaq niyyətini əks etdirir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər