Rusiyada növbəti kütləvi səfərbərlik başlayarsa, səfərbərlikdən açan ruslar Latviyaya buraxılmayacaq.
Bu barədə Latviyanın daxili işlər naziri Maris Kuçinskis bildirib.
O qeyd edib ki, minlərlə insan Rusiya-Latviya sərhədini keçməyə cəhd edərsə, Latviyanın fəaliyyət planı var, bu plan artıq müəyyən dərəcədə Latviya-Belarus sərhədində sınaqdan keçirilib.
“Latviya kifayət qədər təcrübə toplayıb və belarusların təşkil etdiyi “təlim” Latviya xidmətlərinin peşəkarlığını artırıb”, – nazir vurğulayıb.