15 C
Baku
Friday, March 29, 2024

Səfir: Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 6 milyard avroya çatıb

Son bir il ərzində Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 6 milyard avroya çatıb.

Trend-in məlumatına görə, bunu İtaliya Respublikasının 73 illik yubileyinə həsr olunmuş tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Auqusto Massari deyib.

Onun sözlərinə görə, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır.

İki ölkə arasındakı iqtisadi əməkdaşlıqdan danışan səfir Transadriatik qaz boru kəməri (TAP) layihəsini xüsusi vurğulayıb:

“TAP layihəsinin icrası cədvəl üzrə həyata keçirilir. Layihə çərçivəsində mikrotunelin tikintisi aprel ayında başa çatdırılıb. Azərbaycan qazı bu boru kəməri ilə 2020-ci ildən Avropaya nəql ediləcək”.

A.Massari həmçinin qeyd edib ki, ötən il iki ölkə arasında yüksək səviyyəli səfərlər olub. Diplomat əlavə edib ki, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası bu il sentyabrın 18-də keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər