Azərbaycan Respublikası Səhiyyə Nazirliyi son 1 ay ərzində bir şirkətlə 31,33 mln. manatlıq satınlama müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, Səhiyyə Nazirliyinin “Zeytun Pharmaceuticals” MMC ilə 9 tender üzrə qalib gəlib.
Ən böyük həcimli tenderin dəyəri 9,33 mln. manat olmaqla -müalicə-profilaktik müəssisələrinin təminatı üçün zəruri olunan sarğı materialları və tibbi təyinatlı vasitələr təmin edilməsi iişi həvalə edilir.
Müqavilənin predmeti | Məbləğ, AZN |
Müalicə-profilaktik müəssisələrinin təminatı üçün zəruri olunan sarğı materialları və tibbi təyinatlı vasitələr | 9,330,985.11 |
Müalicə-profilaktik müəssisələrinin təminatı üçün zəruri dərman vasitələr | 8,967,453.59 |
Şəkərli diabet üzrə Dövlət Proqramına uyğun nəzərdə tutulmuş özünənəzarət vasitələri (striplər) | 4,998,480.00 |
2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələr | 4,267,955.57 |
Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələr | 1,707,322.88 |
Ana və uşaqın sağlamlığının qorunması üzrə Dövlət Proqramına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələr | 1,236,612.03 |
Şəkərli diabet üzrə Dövlət Proqramına uyğun nəzərdə tutulmuş uşaqlarda insulin yeritmək üçün pompa məsrəfləri | 429,554.81 |
Vərəmlə mübarizə üzrə tədbirlər proqramına uyğun nəzərdə tutulmuş dərman və diaqnostik vasitələr | 202,960.00 |
Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramına uyğun periton dializdə istifadə olunan dərman və tibbi təyinatlı vasitələr | 193,156.56 |
CƏMİ | 31,334,480.55 |