Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri 1.2 milyon manata təmir ediləcək

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində genişmiqyaslı cari təmir işlərinə başlanılır.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti tərəfindən elan edilmiş tender yekunlaşıb.

Dəyəri 1 255 812 manat təşkil edən müqavilə imzalanıb.

Bu müqavilə üzrə tərəfdaş kimi “PRO Construction Company” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

Razılaşmaya əsasən, qalib şirkət nazirliyin tabeliyində fəaliyyət göstərən tibb ocaqlarında tələb olunan cari təmir işlərini həyata keçirəcək.

Son xəbərlər
Digər xəbərlər