3 C
Baku
Saturday, December 14, 2024

Səhmlərin kütləvi yerləşdirilməsi “Unibank”ın strateji hədəflərindəndir

“Unibank” ASC-nin sədri Faiq Hüseynov bankın bir qədər əvvəl kütləvi tədavülə buraxdığı yeni səhmləri ancaq mövcud səhmdarların əldə etməsinə münasibət bildirib.

Sədr bu məsələdə mövcud səhmdarlara üstünlük hüququnun tanındığını deyib.

“Kapital artımından priorotet mövcud səhmdarlar idi. Bu, həm də onu göstərir ki, səhmdarların ölkə iqtisadiyyatına və “Unibank”a inamı var, onlar yeni səhmdar cəlb etmədən bu prosesdə öz güclərinin hesabına iştirak ediblər”, – deyə o, qeyd edib.

Bununla belə, F.Hüseynov əlavə edib ki, rəhbərlik etdiyi bankın səhmlərinin kütləvi yerləşdirilməsi strateji hədəflərdən biridir: “Amma bunun üçün “Unibank”ın maliyyə göstəriciləri bir müddət nəinki yaxşı, hətta çox yaxşı olmalıdır ki, onun səhmləri cəlbedici olsun. Səhmdar cəmiyyət olaraq bu, həm yerli, həm də xarici bazarda strateji hədəflərimizdən biridir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər