7 C
Baku
Thursday, December 12, 2024

Şəhriyar Məmmədyarov 50 min dollar qazandı

FIDE Sankt-Peterburqda keçirilən rapid və blits üzrə dünya çempionatında iştirak edən şahmatçıların qazancını açıqlayıb.

Banker.az  FIDE-yə istinadən xəbər verir ki, 1 milyon ABŞ dolları təşkil edən mükafat fondundan ən çox pay Maqnus Karlsenə çatıb. Bilitsdə qalib gələn, rapiddə 5-ci yerin sahibi norveçli dünya çempionunun qazancı 116 min 250 dollar olub.

Rapiddə ikinci yerdə qərarlaşan şahmatçımız Şəhriyar Məmmədyarov ən çox qazanan təmsilçimizdir. Onun qazancı 50 min 750 dollar təşkil edir. Rauf Məmmədov 1050, Qədir Hüseynov 437 dollar qazanıb.

Həm rapiddə, həm də blitsdə ikinci olan iranlı Sarasadat Xademalşarieh ən çox qazanan qadın şahmatçıdır. Onun  qazancı 69 min dollardır. Qadın təmsilçilərimizdən təkcə Zeynəb Məmmədyarova (2750 dollar) bu siyahıda yer alıb.

Son xəbərlər
Digər xəbərlər