10 C
Baku
Wednesday, December 11, 2024

“Şəki Şərab” zavodunda “şampan” istehsalına başlanıb – xaricə də ixrac olunacaq

İyunun 9-da “Şəki Şərab” zavodunda köpüklənən şərab istehsalının saatda 4000 butulka istehsal gücü ilə ən yeni xətti işə salınıb. İstehsalı rəsmi olaraq Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov və “Abrau-Durso” ŞQ-nin sahibi Boris Titov işə salıblar.

İstehsal ediləcək şərab həm ölkə ərazisində satışa çıxarılacaq, həm də digər ölkələrə ixrac olunacaq.

Qeyd edək ki, “Abrau-Durso” Rusiyanın köpüklənən və köpüklənməyən şərablarının istehsalçısıdır. “Abrau-Durso”nun xüsusi mülkü 1870-ci ildə imperator II Aleksandrın fərmanı ilə yaradılıb. “Abrau-Durso” müxtəlif şərab zavodlarının kolleksiyalarını təqdim edir: “Abrau-Durso”, “Vinodelnya Vedernikov”, “Loza” və s. 2022-ci ilin yekunlarına görə, “Abrau-Durso” 54.1 milyon butulka alkoqollu və alkoqolsuz məhsul satıb.

 

 

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər