Tovuz rayonunda qətlə yetirilən filial müdirinin oğlu və müavini dindirilib.
Reportun Qərb bürosunun əldə etdiyi məlumata görə, aprelin 22-də qətlə yetirilən “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin Tovuz rayon filialının müdiri Raya Nəsrəddin qızı Bayramovanın oğlu və müavini istintaqa ifadə verib.
Məlumata görə, R.Bayramovanın oğlu ifadəsində bildirib ki, anası iki gün idi evə gəlmirdi.
Onun müavini Vidadi Bəhman oğlu Vəliyev isə ifadəsində bildirib ki, o şirkətə daxil olmaq istəyib, lakin qapı bağlı olduğu üçün binanın damına çıxıb, nəticədə damdan yıxılaraq xəsarət alıb.
Xatırladaq ki, “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin filial müdri 22 aprel tarixində öz ofisində qətlə yetrilmişdi.