-1 C
Baku
Sunday, December 15, 2024

Sərhədlərini yalnızca ticarət və dinlə genişləndirən ölkə hansıdır?

Müasir Nigeriyanın cənubunda yerləşən Nri krallığı Afrikanın müstəmləkə öncəsi mərkəzlərindən biri idi. Özünün dini-mədəni və siyasi cəhətdən çiçəklənməsi dövründə isə Roma və Məkkə şəhərləri ilə müqayisə edilə biləcək səviyyədə idi. Bu min ilə yaxın bir müddətdə mövcud olmuş əsl bir imperiya idi və onun hakimiyyəti altına çoxsaylı xalqların və kiçik tayfaların yaşadığı geniş ərazilər daxil idi.

Krallığın digər Afrika dövlətlərindən əsas fərqi onda idi ki, Nri rəhbərləri siyasi təzyiq kimi digər xalqlarla müharibədən imtina etmişdilər. Krallıq siyasi arenada öz mövqeyini bərkitmək üçün yalnızca dini təsirdən və öz ərazisindən keçən ticarət marşrutuna nəzarət etməkdən istifadə edirdi..

Ölkədə bütpərəst ikenq dini çiçəklənirdi və burada dini etiqadın rəhbəri həmçinin dövlətin rəhbəri hesab edilirdi. Yerli inanclara əsasən, bu rəhbər ilahi xüssusiyyətlərə malik idi.

Nri rəhbəri hər hansı bir ərazini “işğal” etmək istədikdə öz kahinlərindən birini oraya göndərirdi və o kahin də yalnızca sözün gücü və müxtəlif rituallarla yerli əhalini tabeçiliyə dəvət edirdi.

Nri krallığı XX-ci əsrin əvvəllərinə qədər qaçmış qullara və mühacirlərə sığınacaq verirdi. Təbii ki, bu da Britaniya imperiyasının xoşuna gəlmirdi və 1911-ci ildə dini sülh şəraitində yaşayan dövlət öz müstəqilliyini itirərək Britaniya müstəmləkəsinin tərkibinə daxil olur.

Son xəbərlər
Digər xəbərlər