16 C
Baku
Wednesday, May 15, 2024

Azərbaycanda sərnişindaşıma ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək

Azərbaycanda qeyri-qanuni sərnişin daşımalarının qarşısını almaq üçün qanunvericilikdə dəyişikliklər edilməsi gözlənilir.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

“Hazırda qeyri-qanuni daşıyıcılara qanunla nəzarət etmək imkanımız yoxdur. Bu problemlərin həll edilməsinin köklü yolunu məhz qanunvericilikdə dəyişikliklərin edilməsində görürük. Bir ildən çoxdur ki, biz geniş dəyişikliklər paketi hazırlamışıq və aidiyyəti nazirliklərlə bir neçə mərhələdə müzakirələr aparılır. Hərtərəfli qiymətləndirmədən sonra yekun layihəni görəcəyik”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər