1 C
Baku
Saturday, December 14, 2024

Sərnişinlərin Bakı Metrosundan və AZAL-dan nəqliyyat kimi istifadəyə marağı azalıb

Azərbaycan Respublikasında 2019-cu ilin ilk iki ayında nəqliyat vasitələri ilə ümumilikdə 303 milyon 208,9 min sərnişin daşınıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, daşınan sərnişinlərin 486,6 min nəfəri dəmir yolu, 2,5 min nəfəri dəniz, 289,5 min nədəri hava, 36 mln. 407,4 min nəfəri metro, 266 mln. 22,9 min nəfəri avtomobil (burada 256 mln. 259 min nəfəri avtobus) ilə daşınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəmir yolu ilə daşımalarda 19,6%, dəniz ilə daşımalar 66,7% və avtobil ilə daşınan sərnişinlərin sayı 1,5% artıb.

İki nəqliyyat növündə – metroda 0,2% hava ilə isə 0,7% ötən ilin analoji dövrü ilə müqayisədə daha az daşınma qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər