9 C
Baku
Thursday, December 12, 2024

‘Sərtləşmədən’ sonra bankların Mərkəzi Bankdakı məcburi ehtiyatları 1.34 mlrd. manata çatıb

Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin üçüncü rübündən məcburi ehtiyat normalarına yenidən əl gəzdirməsindən sonra bankların bu ehtiyatlarının həcmi kəskin artıb.

Banker.az xəbər verir ki, AMB-nin banklar üçün məcburi ehtiyat normalarını qaldırması portfeli bankların məcburi ehtiyatlarının həcmi 1 dekabr 2022-ci il tarixinə 1 milyard 341.6 mlrd. manat ekvivalentinə çatıb. Bu həm də tarixdə qeydə alınmış ən yüksək rəqəmdir.

Qeyd edək ki, bu göstərici sentyabrın əvvəlində 210.1 mln. manat ekvivalentində idi.

1 dekabr 2022-ci il tarixinə Azərbaycan banklarının ümumi depozit portfeli 35 mlrd. 484.2 mln. manat olub. Bunun 15 milyard 627.5 mln. manat ekv-i xarici valyutadadır. Fiziki şəxslərin depozitlərinin 11 mlrd. 339.9 mln. manat, hüquqi şəxslərin isə 21 mlrd. 521 mln. manat təşkil edib.

AMB sədrinin 2022-ci ilin iyuldakı qərarına görə kommersiya banklarında hüquqi və fiziki şəxslərin vəsaitlərinin məcburi ehtiyat normasının manatda olan hissəsini 0.5%-dən 4.0%-ə, xarici valyutada 1.0%-dən 5.0%-ə qaldırıldı.

Qeyd edək ki, məcburi ehtiyatlar kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin mərkəzi bankda məcburi saxlanılan hissəsidir.

65r65465465

Məcburi ehtiyat norması qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə, iqtisadiyyatda pul kütləsinin həcmi azalır. AMB məcburi ehtiyat normasını azaltdıqda isə bunun əksi baş verir.

Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 1%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 1%-ni, yəni, 10 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 990 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını 1%-dən 2%-ə qaldırdığı təqdirdə isə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin yalnız 980 manatını kredit kimi verə biləcək.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı banklar üçün məcburi ehtiyat normaları ilə bağlı 19 dekabr 2022-ci ildə diferensial qayda tətbiq etməyə başladı. Ətraflı.

Son xəbərlər
Digər xəbərlər