12 C
Baku
Wednesday, December 11, 2024

Səudiyyə Ərəbistanı ABŞ-ı yuana keçidlə və 200 dollarlıq neft qiyməti ilə təhdid edib

ABŞ, müxalifətçi jurnalist Camal Hashogginin İstanbulda öldürülməsinə cavab olaraq Səudiyyə Ərəbistanına hər hansı bir sanksiya tətbiq etməyə çalışsa, Ər-Riyad neft qiymətlərini 200 dollara çıxaracaq, dollardan imtina edəcək və yuan ilə  hesablaşmalara keçəcək, həmçinin Krallığın şimal-qərbində yerləşən Tabuk şəhərində Rusyanın hərbi baza yaratmasına imkan yaradacaq, Banker.az «Reedus»-a istinadən məlumat verir. Bundan əlavə, Saudlar Asiyada hakimiyyət balansını dəyişmək və İranla dostluq münasibətləri qurmağı vəd ediblər.

ABŞ belə bəyanatları «əsl şantaj» adlandırdı.

«Barrel başına 80 dollar neftin qiyməti prezident Trumpı qəzəbləndirirsə, qiymət 100, 200 dollar və ya daha yüksək olduğunda nə deyəcək?»  CNN-nin efirində Turki Bin Abdulla Aldaxilə ABŞ-ın verdiyi cavabı şərh edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının hakimiyyət orqanlarının tənqidləri ilə tanınan müxalifətçi jurnalist Cəmal Haşoğinin taleyi məlum deyil. Təsdiq olunmayan məlumatlara görə,ABŞ qeyd edirki, o, Ərəb konsulluğunu ziyarət etdikdən sonra öldürülüb, bədəni isə artıq məhv edilib.

Son xəbərlər
Digər xəbərlər