10 C
Baku
Thursday, December 12, 2024

Səudiyyə Ərəbistanı neft bazarındakı payını qaytarmaq niyyətindədir

Səudiyyə Ərəbistanı OPEC+ razılaşmasının müddəti başa çatdıqdan sonra neft bazarındakı payını bərpa etmək niyyətindədir.

Banker.az xəbər verir ki, bunu Saudi Aramco şirkətinin rəhbəri Amin Nasser Reuters agentliyinə müsahibəsində qeyd edib.

“Müqavilə çərçivəsində müəyyən bazarlarda məhsul təminatını azaltmalı olduq. Lakin, ümid edirəm ki, müqavilənin müddəti başa çatdıqdan sonra bu bazarlara qayıda biləcəyik” – deyə Nasser bildirib.

Səudiyyə Ərəbistanı OPEC təşkilatına üzv ölkələr və bir sıra müstəqil istehsalatçılar arasında keçən il bağlanan müqavilənin təşəbbüskarlarından biridir. Səudiyyə Ərəbistanı müqavilədə ən böyük kvotaya – 486 min barrel – malikdir.

Son xəbərlər
Digər xəbərlər