11 C
Baku
Wednesday, December 11, 2024

Səudiyyə Ərəbistanı neft ixracatını 75% artırıb

Səudiyyə Ərəbistanının mart ayındakı neft ixracatının dəyəri illik nisbətdə 75% artaraq 52,3 milyard riala (13,95 milyard ABŞ dolları) çatıb.

Bu barədə “Reuters” mayın 26-da yayımlanan rəsmi məlumatlara istinadən məlumat verib.

Krallığın Baş Statistika İdarəsinin məlumatına görə, qeyri-neft ixracı 42,9% artaraq 22,4 milyard riala çatıb.

Qurumun bildirdiyinə görə, xam neft ixracatı Səudiyyə Ərəbistanı ixracatının 70%-ni təşkil edir.

Məlumata görə, Çin mart ayında Səudiyyə Ərəbistanının əsas ticarət tərəfdaşı olaraq qalıb. Bu ölkəyə ixracat 14,3 milyard rial, idxal isə 9,4 milyard rial həcmində olub.

Mart ayında krallığın ixracatının ümumi dəyəri 74,7 milyard rial olub.

Son xəbərlər
Digər xəbərlər