20 C
Baku
Wednesday, April 24, 2024

Səudiyyə Ərəbistanı NEOM-u qapalı səhmdar cəmiyyəti kimi qeydiyyata salıb

“Gələcəyin şəhəri” nin yaradılmasına aid NEOM layihəsi, Səudiyyə Ərəbistanının suveren fondunun nəzarət etdiyi qapalı səhmdar cəmiyyəti kimi qeydə alınıb.

Banker.az xəbər verir ki, bu barədə 29 yanvar çərşənbə axşamı günü SPA xəbər agentliyi xəbər verib. NEOM adlı şirkətin 100% -i Səudiyyə Ərəbistanının suveren fonduna məxsusdur. Hesabatda bildirilir ki, hüquqi statusun qeydiyyata alınmasından sonra şirkət enerji, sənaye istehsalı və turizm də daxil olmaqla, 16 əsas sahədə layihəni dəstəkləməyə başlayacaq.

NEOM-un “gələcəyin şəhəri” planı, 2030-cu ilə qədər inkişaf strategiyasının bir hissəsi olaraq 2017-ci ildə şahzadə Məhəmməd ibn Salman əl-Saudi tərəfindən açıqlanıb. “Gələcəyin şəhəri” nin yaradılmasına ayrılacaq investisiya 500 milyard dollar səviyyəsində nəzərdə tutulur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər