10 C
Baku
Thursday, December 12, 2024

Səudiyyə Ərəbistanı Qətərə qarşı baykotu davam etdirir

Banker.az BBC News-a istinadən xəbər verir ki, Qətər rəhbərliyinin ultimatumu rədd etməsindən sonra ölkəyə qarşı Yaxın Şərq qonşuları tərəfindən təyin edilmiş məhdudiyyətlər qüvvədə qalır. Bunu isə Səudiyyə Ərəbistanı rəhbərliyi elan edib.

Verilən məlumatlara görə, Qahirədə toplanmış dörd ərəb ölkəsinin xarici işlər nazirləri Qətərin onların tələb siyahısına “mənfi” cavab verməsinə təəssüf etdiklərini vurğulayıblar. Onlar qeyd edib ki, Qətər “vəziyyətin ciddiliyini anlamır”.

Qeyd edək ki, iyun ayında BƏƏ, Misir, Səudiyyə Ərəbistanı və Liviya da daxil olmaqla bir neçə ərəb ölkəsi Qətəri terrorizmi maliyyələşdirməkdə ittiham edərək ölkə ilə əməkdaşlıqlarını dayandırdı.

 

Son xəbərlər
Digər xəbərlər