BƏƏ rəhbərliyi üçüncü ölkələrdən olan aviaşirkətlərə Qətərə və oradan uçuş zamanı öz hava məkanlarından və aeroportlarından istifadə etməyə icazə verib.
Banker.az saytı WAM agentliyinə istinadən xəbər verir ki, anoloji qərar Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsi tərəfindən də qəbul edilmişdi.
Həmçinin, özəl və çarter reyslərə Qətərə gedərkən və əmirlikdən uçarkan BƏƏ hava məkanına daxil olmaq icazəsi veririr. Lakin bir şərtlə ki, uçuş barədə icazə 24 saat əvvəlcədən alınmalıdır.
Bununla belə, Qətərdə qeydiyyatdan keçmiş bütün aviaşirkətlər və təyyarələr üçün ilkin qadağa qüvvədə qalır. Bu təyyarələrə BƏƏ aeroportlarında yerə eniş etmək, həmçinin ölkənin hava məkanından keçmək qasağandır. Aviaşirkətlərin BƏƏ, Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələrdən Qətərə reyslər tamamilə dayandırılıb.
Qeyd edək ki, 5 iyun tarixində Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətər ilə diplomatik əlaqələrini dayandırdığını elan etdi. Bu ölkələrin nümayəndələri Dohanı ərəb ölkələrində daxili-siyasi vəziyyəti destabilizasiya etməkdə, həmçinin Yaxın şərqdə terror təşkilatlarını maliyyələşdirməkdə ittiham edir. Daha sonradan baykota Yəmən, Liviya, Maldiv, Mavrikiya, Mavritaniya, Komor adaları ittifaqı da qoşuldu.