Səudiyyə Ərəbistanı, Hindistanın iqtisadiyyatına 100 milyard dollardan çox sərmayə qoyur, krallığın şahzadəsi Məhəmməd bin Salman xəbər verib.
“Hindistanın baş naziri Narendra Modi sonuncu dəfə 2016-cı ildə Səudiyyə Ərəbistanına səfər edib və o vaxtdan bəri biz böyük irəliləyiş əldə etdik, Hindistan iqtisadiyyatına təxminən 44 milyard dollar sərmayə qoymuşuq. Bizim Hindistanın iqtisadiyyatına 100 milyard dollardan çox sərmayə qoymaq imkanımız var”, – şahzadə Yeni Dehlidə Modi ilə birgə iştirak etdiyi konfransda deyib.
“Ümid edirik ki, Hindistan ilə sərmayə əməkdaşlığı bizə yeni iş yerlərini yaratmaq imkanını verəcək. Səudiyyə Ərəbistanı yalnız neft satmır, eyni zamanda qlobal sərmayəçidir”.
Hindistan hökumətinin rəhbəri krallığın “ölkənin ən əhəmiyyətli beynəlxalq əməkdaşlardan biri” olduğunu söyləyib. “Səudiyyə Ərəbistanı yalnız strateji tərəfdaşımız deyil, eyni zamanda yaxın dostumuzdur. Mən Səudiyyə Ərəbistanın Hindistan iqtisadiyyatına sərmayələrini məmnuniyyətlə qarşılayıram”, – Modi bildirib.
Daha əvvəl, çərşənbə günü Səudiyyə Ərəbistanı və Hindistan enerji, mənzil, informasiya texnologiyaları və turizm sahələrinə dair beş saziş imzalayıblar.
Hindistan hökumətinin verdiyi məlumata görə, Hindistan və Səudiyyə Ərəbistanı arasındakı ticarət dövriyyəsi 2018-ci ildə təxminən 27,5 milyard dollar təşkil edib. Bununla yanaşı, Yeni Dehli Səudiyyə neftinin ən böyük idxalçılarından biridir (daxili tələbatın 20%-ni ödəyir).