28 C
Baku
Saturday, July 27, 2024

Saakaşvili Gürcüstanın “Buk” sistemlərini Ukraynaya verməməsini xəyanət adlandırıb

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili “Buk” raket sistemlərinin Ukraynaya verilməməsinə münasibət bildirib.

Saakaşvili sözügedən sistemlərin öz iqtidarı dövründə Ukrayna Prezidenti Viktor Yuşşenkonun köməyi ilə minimal qiymətə alındığını deyib.

“Buk” sistemlərinin Ukraynaya verilməsindən imtina etmək ayıbdır. Prezident Yuşşenkonun yardımı ilə biz onları həmin dövrdə minimal qiymətə aldıq. Yanukoviç hakimiyyətə gəldiyi zaman “Buk”un Gürcüstana verilməsinə görə, Yuşşenkoya qarşı məhkəmə işi açıldı və onlar bunu Rusiyanın təlimatları ilə etdilər”, Saakaşvili deyib.

Gürcüstana Buk sistemlərinin istifadəsini öyrədən Ukrayna zabitinin 2017-ci ildə qətlə yetirildiyini qeyd edən Saakaşvili Gürcüstanın “Buk” sistemlərini qaytarmamasını xəyanət adlandırıb və bunun Gürcüstan-Ukrayna münasibətlərinə xələl gətirdiyini bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər