Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sabah Bakı şəhərində müntəzəm marşrut xətti üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcəklər.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, 13 iyun gecə saat 00:00-dan 14 iyun səhər saat 06:00-dək isə Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə avtobuslarla sərnişindaşımaları dayandırılacaq.