26 C
Baku
Saturday, July 27, 2024

Sabahdan Bakının mərkəzi prospektində hərəkət hissə-hissə məhdudlaşdırılacaq

Sabahdan başlayaraq Bakının Xətai rayonunun 8 Noyabr prospektində hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Bu barədə  Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, prospekt boyunca asfalt-beton örtüyünün deformasiyaya uğramış hissələrinin təmiri davam etdiriləcək. İşlərin aparıldığı müddətdə prospektdə hərəkət iş aparılan zolaq üzrə (digər hərəkət zolaqları açıq qalacaq) hissə-hissə məhdudlaşdırılacaq.

“Bu üzdən sürücülərdən prospektdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, – deyə qurum bəyan edib.

 

 

Son xəbərlər
Digər xəbərlər