27 C
Baku
Saturday, July 27, 2024

Sabahdan xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları üçün səsvermə başlayır

“Sabahdan etibarən xaricdə və gömrük qapılarında səsvermə başlayır”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” hesabında paylaşım edib.

Ərdoğan seçicilərin demokratik hüququndan istifadə etməsinin vacibliyini xatırladaraq onları səsvermə prosesində aktiv olmağa səsləyib: “Sizlərdən bir daha iradənizə ən yaxşı formada sahib çıxmağınızı gözləyirəm”.

Qeyd edək ki, Prezident seçkilərinin ikinci turunda xaricdə yaşayan Türkiyə vətəndaşları üçün səsvermə prosesi 20-24 may tarixlərində, Türkiyədə isə 28 mayda keçiriləcək.

Xatırladaq ki, prezident seçkilərinin birinci turunda Rəcəb Tayyib Ərdoğan 49.52 faiz, Kemal Kılıçdaroğlu isə 44.88 faiz səs toplamışdı.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər