27 C
Baku
Saturday, July 27, 2024

“Şaban”ın xatirəsinə pul buraxıldı – FOTO

20 il öncə təyyarədə infarkt keçirərək dünyasını dəyişən məşhur aktyor Kemal Sunalın xatirəsinə əskinas hazırlanıb.

Fransanın “Oberthur Fiduciaire” mətbəəsində “0 euro” olaraq hazırlanan əskinasın üzərində aktyorun şəkilləri yer alıb. 5 min ədəd çap olunan pul dünyada satışa çıxarılıb.

Əskinas hazırda Türkiyənin müxtəlif saytlarında 70 Tl-yə (təxminən 17 manat) satılır.

Qeyd edək ki, Kamal Sunal filmlərdə yaratdığı “Şaban” obrazı ilə sevilib.

MənbəAxşam.az
Son xəbərlər
Digər xəbərlər