28 C
Baku
Saturday, July 27, 2024

Sabiq bank əməkdaşı Fondun İdarə Heyətinə təyinat alıb

Təhsil Nazirliyinin tabeliyində olan Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinə yeni təyinat olub.

Banker.az quruma yaxın mənbədən əldə etdiyi məlumata görə, Tahir Xələfov Fondun İdarə Heyətinin sədr müavini təyin edilib.

T.Xələfov uzun illər bank sektorunda çalışıb.

O, indiyə qədər “Rabitəbank” ASC,  “Ata Bank” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli fərmanı ilə Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.

Fondun öz vəsaiti hesabına tələbələrə təhsil tələbə kreditinin verilməsinə dair tələbləri, təhsil tələbə kreditinin verilməsi prosedurunu, təhsil tələbə krediti üzrə hüquqların əldə olunmasını və kreditin qaytarılmasını, habelə təhsil tələbə krediti ilə bağlı digər məsələləri tənzimləyir.

Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub. Qanunvericilik çərçivəsində nizamnamə kapitalına əlavə vəsait cəlb oluna bilər.

Son xəbərlər
Digər xəbərlər