25 C
Baku
Saturday, July 27, 2024

Sabiq baş redaktor dələduzluqda ittiham olunur

“Azərbaycan Məktəbi” jurnalının sabiq baş redaktoru barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi istintaq olunur.

Banker.az bu barədə Baş Prokurorluğa istinadən xəbər verir.

Nəcəfov Rahil Nadir oğluna Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan olunub.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər