44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd, millət vəkili Hacı Salayev namizədliyini geri götürüb.
Hacı Salayev 9 fevral VI çağırış növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi ilə bağlı qeydə alındığı seçki dairəsinə müraciət edib. Bu haqda məlumatı sfera.az saytı yayıb.
Banker.az bildirir ki, “Azxəbər” məsələni dəqiqləşdirmək üçün 52 yaşlı Hacı Salayevlə əlaqə saxlayıb.
O xəbərin həqiqət olduğunu deyib: “Xəbər yayılıb və bu düz xəbərdir. Mən namizədliyimi geri götürmüşəm”.
Hacı Salayev hansı səbəbdən bu addımı atdığı haqda isə danışmaq istəməyib.
Qeyd edək ki, Hacı Salayev 4-cü və 5-ci çağırış Milli Məclisin üzvü olub.