8 C
Baku
Thursday, December 12, 2024

Sabiq icra başçısına qarşı üç milyon manatlıq mülki iddia qaldırıldı

Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən iclasda Namiq Zeynalovun vəkilləri müdafiə çıxışı edib.

Müdafiəçilər çıxışlarında dövlət ittihamçısının tələblərinə etiraz edərək, məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş ediblər.

İş üzrə zərərçəkmiş qismində tanınmış Cəlilabad rayon İcra Hakimiyyəti dəymiş ziyana görə üç milyon manat, DOST İş Mərkəzi isə 50 min manatlıq mülki iddia qaldırıb.

Müdafiə tərəfi zərərçəkmiş qurumların tələblərinin əsassız olduğunu deyib.

İttiham olunan sabiq icra başçısı son söz üçün məhkəmədən vaxt istəyib.

Proses iyulun 4-nə kimi təxirə salınıb.

Qeyd edək ki, prokuror Namiq Zeynalovun 13 il azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Namiq Zeynalov vəzifə cinayətləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

 

 

Son xəbərlər
Digər xəbərlər