13 C
Baku
Tuesday, May 14, 2024

Sabunçu qəsəbəsindəki dairədə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 08:00-dan iyulun 31-i saat 20:00-dək Bakının Sabunçu rayonunun eyni adlı qəsəbəsinin Asif Əsədullayev və Əslidar Məmmədəliyev küçələrinin kəsişməsində yerləşən dairədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Banker.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, buna səbəb aparılacaq təmir işləridir.

“Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”, – qurum bəyan edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər