10 C
Baku
Thursday, December 12, 2024

“Şaftalı müharibəsi”-nin tarixi

İlk dəfə “Şaftalı müharibəsi” anlayışını eşitdikdə insanlar bunun hər hansı bir festival olduğunu və yaxud bazarda yaxşı yer uğrunda mübarizə olduğunu düşünə bilər. Əslində isə bu bir neçə əsr bundan əvvəl baş verən və minlərlə insanın həyatına qəsd edən müharibədir. Müharibənin başlamasına səbəb isə bir fermadan ehtiyatsız şəkildə oğurlanan şaftalılar idi.

Hər şey 1626-cı ildə hollandiyalı Peter Minuit-in hindulardan “qəpik-quruşa” Manhetten adasını alması və ovçuluq, kənd təsərrüfatı və balıqçılıqla məşğul olan yerli əhali ilə əməkdaşlıq etməyə başlayır. İlk vaxtlar yerli əhali ilə gəlmə avropalılar arasında münasibətlər dostyana idi. Lakin tezliklə mühacirlər adada məskunlaşmağa başalyır və dostluq tez-tez baş verən qarşıdurmalara çevrilir. Bu qarşıdurmalar adətən qətllər, talan, qarət və yer üstündə davalarla müşayiət olunurdu. Bütün bunlar isə yerli əhalini qarşı tərəfdən intiqam almağa sövq edirdi.

Bu münasibətlər 1643-cü ildə öz pik nöqtəsinə çatır. Bu zaman 2 əsgər hindu qəbiləsinə hücum edir və 120 insanı öldürür. 2 ildən sonra həmin 2əsgər qadın və uşaq da daxil olmaqla artıq 1000 şəxsi qətlə yetirmişdi. 1655-ci ildə isə hindular şaftalı müharibəsinə başlayır. Bu zaman bir hindu qadın hollandiyalının bağına girmiş, şaftalı oğurlamış və bu səbəbdən öldürülmüşdü. Hindular onun qisasını almaq məqsədinə gəlir. Bu zaman onlar 100 holland öldürmüş, bir neçə evi yandırmış və mal-qaranı tələf etmişdilər. Lakin son nəticədə hindular yaxşı silahlanmış hollandlara məğlub olur və min illərdir əcdadlarının yaşadıqları əraziləri tərk etməli olurlar.

Son xəbərlər
Digər xəbərlər