19 C
Baku
Thursday, April 25, 2024

Şahdağ Turizm Mərkəzi bayram günlərində nə qədər turist qəbul edib?

Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzi bayram günlərində 10 mindən çox turist qəbul edib.

Banker.az bu barədə Azərtac-ın bölgə müxbirinə istinadla xəbər verir.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə elan olunan qeyri-iş günlərində istirahət kompleksində dincələnlər arasında xeyli əcnəbi olsa da, qonaqların çoxu yerli turistlərdir. Bayram günlərində Şahdağ Turizm Mərkəzini ziyarət edən turistlərin əksəriyyəti xizək yollarından və kanatlardan istifadə edib.

Təntənəli Yeni il şənlikləri, möhtəşəm atəşfəşanlıq, musiqi ziyafəti turistlərin zövqünü oxşayıb.

Şahdağ Turizm Mərkəzində yeddinci qış mövsümünə dekabrın 15-də start verilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər