“Şahdağ Turizm Mərkəzi” vahid bir kompleks halında idarə olunacaq.
Banker.az bildirir ki, bunu Report-a açıqlamasında “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinin yeni sədri Rodderix Mark Leffler deyib.
O, “Şahdağ Turizm Mərkəzi”nin otellərinin vəziyyətinin yüksək olduğunu bildirib: “Onu deyə bilərəm ki, otellərin vəziyyəti çox yaxşıdır. Mövsüm hələ indi başlayıb. Bu mövsümün nəticələri haqqında mart ayında cavab verə bilərəm. Ötən il struktur bir az fərqli idi. Buna görə də hələlik heç nə deyə bilmirəm. Biz əsasən iki oteli idarə edirik. Amma bu ildən etibarən biz 4 oteli və bütün kompleksi idarə edirik. Bu il fəaliyyətin çox yaxşı olacağını görürük və gözləyirik”.
Rodderix Mark Leffler “Şahdağ Turizm Mərkəzi”nin gələcək fəaliyyəti barədə də danışıb: “Biz “Şahdağ Turizm Mərkəzi”ni öz nəqliyyatı ilə kiçik bir qəsəbəyə çevirmək istəyirik. Əməkdaşların geyimləri, menecmentin görünüşü və yanaşmaları dəyişəcək. Eyni xidmət səviyyəsini təşkil edəcəyik. Başqa sözlə, otellərdə xidmət səviyyəsində fərq olmayacaq. Bütün otellərimizdə müştərilərə ən yüksək xidmət səviyyəsi göstəriləcək”.