“Şahdağ” Turizm Kompleksində qonaqların çoxu azərbaycanlılardır. Bura Körfəz ölkələrindən də turistlər gəlir. Həmçinin Rusiya və digər ölkələrdən qonaqlarımız var.
Banker.az Azvisiona istinadla xəbər verir ki, bunu “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinin yeni sədri Rodderix Mark Leffler deyib. O bildirib ki, qış fəsli yeni başlayıb, həftə sonundan etibarən xarici qonaqların sayının artacağı gözlənilir.
“Hazırda otellərdə rezervasiyaların sayı çoxdur. Son anda satış çox olur. Bu isə qardan asılıdır. Qar hazırda azdır. Qar yağanda turistlərin sayı artacaq”.
Sədr, həmçinin bayram şənliklərinin qiymətindən danııb. Bildirib ki, yeni il gecəsi bayram şənlikləri 4 oteldən 3-də keçiriləcək. Belə ki, “Pik Palace” otelində xalq artislərinin iştirakı ilə keçiriləcək şənliyin qiyməti nisbətən yuxarıdır. Lakin digər otellərdə qiymətlər əlçatandır.
Rodderix Mark Leffler qeyd edib ki, süni qardan əsasən sürüşmə zolaqlarının normal vəziyyətdə qalması üçün istifadə olunur. “Mərkəzdə süni qardan çox istifadə olunmur. Hava şəraiti imkan verəndə təbii qardan istifadə olunur. Yer səthi soyuq olduğu üçün qar çox qalır və süni qardan çox istifadə olunmur, nəticədə çoxlu maliyyə sərf olunmur.