10 C
Baku
Wednesday, December 11, 2024

“Şahdağ”da 30 qəpiklik suyun 5 manata satılması barədə açıqlama

“Şahdağ” Turizm Kompleksində 30 qəpiklik “Sirab” suyunun 5 manata satılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirilib.

Şahdağ Turizm Mərkəzindən Azvizion-a verilən məlumata görə, bu məsələ ilə bağlı onlara hər hansı müştəri tərəfinən şikayət daxil olmayıb.

“Şahdağ Turizm Mərkəzi hər zaman rəqabətli və bazar şərtlərinə uyğun qiymətlər təyin etməyə çalışır. Mərkəz ərazisində dünya səviyyəli standartlarında xidmət göstərən 3 ədəd 5 ulduzlu və 1 ədəd 4 ulduzlu otel olmaqla müxtəlif qiymətləri mövcuddur. Onların qiymətləri göstərilən xidmət səviyyəsinə müvafiqdir. Eyni yanaşmanı əyləncələrdə və restoranlarda da göstəririk. İstər otel daxili, istərsə də oteldən kənarda olan restoranlarda müxtəlif seqmentlərə xitab edən müxtəlif qiymətlər mövcuddur. Mərkəz ərazisində 30-a yaxın restoran mövcuddur. Onlardan bəziləri otel tərəfindən, bəziləri isə üçüncü tərəflər – tərəfdaş şirkətlər tərəfindən idarə olunur. Tərəfdaşlar təklif etdikləri qiymətləri təyin etməkdə sərbəstdirlər. Qeyd etdiyiniz məslə ilə bağlı heç bir müştəri şikayəti qəbul etməmişik”, – deyə mərkəzdən daxil olan məlumatda qeyd edilib.

Son xəbərlər
Digər xəbərlər