12 C
Baku
Wednesday, December 11, 2024

“Şahdağ”ın yerləşdiyi rayonda hotel sənayesi ötən ili də zərərlə bitirib

Şahdağ Turizm Mərkəzinin yerləşdiyi Qusar rayonunda hotellər 2023-cü ildə də zərərlə işləyib, lakin gəlirlərin xərclərdən daha yüksək olması onları zərərini azaldıb.

Banker.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatları hesablamaqla bu nəticəyə gəlir.

Bu rayon üzrə hotellərin xərclərin gəlirləri üstələməsi 2.07 mln. manatlıq ümumi zərər etməsinə gətirib çıxarıb. 2022-ci ildə zərərin həcmi 5.8 mln. manat idi.

2023-cü ildə Qusardakı hotellər 25.26 mln. manat gəlir əldə ediblər ki, bu da illik müqayisədə 22% artıb. Belə ki, 2022-ci ildə Qusardakı hotellər 20.73 mln. manat gəlir əldə etmişdilər.

Bununla xərclər illik müqayisədə 3% artaraq 2023-cü ildə 27.33 mln. manat olub. Bu xərclər 2022-ci ildə 26.53 mln. manat idi. Xərclərin əsas hissəsini 10.25 mln. manatını əməkhaqları təşkil edir.

Xatırladaq ki, dövlətə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC-də bu rayondadır. Son illərdə hotel kompleksi illərini zərərlə ötüşdürür. Məsələn 2021-ci ildə turizm mərkəzi 6.34 mln. manat zərər etdiyi halda, 2022-ci ildə bu zərərin həcmi 8.69 mln. manata yüksəlib.

Son xəbərlər
Digər xəbərlər