26 C
Baku
Wednesday, April 24, 2024

Sahibkar niyə yüksək faizlə kredit götürür?

Dövlət tərəfindən banklara aşağı faizlə verilən kreditdən bütün sahibkarlar faydalana bilmir. Sahibkarlığa Kömək  Milli Fondunun verdiyi  güzəştli kreditlərin faizi 6% dən çox olmur, amma krediti ala bilməyən sahibkar yüksək faizli kredit almağa üz tutur. Nəticə də həmin krediti də ödəyə bilmir.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə qeyd edir ki, sahibkarlar real sektoru inkişaf etdirməklə ölkə iqtisadiyyatda rəqabət qabilliyyətini artıra bilərlər. Real sektor dedikdə bura emal müəsisələrini yaradılması, məhsul istehsalının artırılması başa düşülə bilər.

Bunu etmək üçün isə kreditlər sahibkarlara aşağı faizlə, güzəştli şəkildə verilməlidir.

Banklar faizləri yüksəltmək üçün xərclərini şişirdirlər. Zərər çəkən isə sahibkar olur.

Yəni sahibkar hesablamalıdır ki, krediti almalıyam, ödəməliyəm, eyni zamanda qazanc da əldə etməliyəm. Ona görə də optimallıq olmalıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər