10 C
Baku
Thursday, December 12, 2024

Sahibkarlara “manat kreditləri” üçün ayrılan subsidyanın müddəti uzadıldı

Azərbaycan Respublikası Prezidenti ötən gün “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli və “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli fərmanlarında dəyişiklik edib.

Banker.az-ın məlumatına görə, edilən dəyişiklik subsidyalar sahibkarlar tərəfindən  banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə verilmə tarixi 2018-ci ildə olduğu kimi, 2019-cu ildə də (yanvar-dekabr aylarında) davam etdirləcəkdir.

Digər fərmanda, (5 may 2018 tarixli) 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə 2021–2023-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fond ilə birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin edəcəkdir.

Son xəbərlər
Digər xəbərlər