13 C
Baku
Thursday, April 18, 2024

Sahibkarlara fürsət: İraq Respublikasına təşkil olunacaq ixrac missiyasına sənəd qəbulu başladı

İraq Respublikasına təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbuluna başlanılır

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İraq Respublikasının Ərbil şəhərinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

İxrac Missiyası 2-6 mart 2019-cu il tarixlərində təşkil ediləcək

İxrac missiyasının əhatə etdiyi sahələr:

– Qida sənayesi;

– Tikinti materialları istehsalı;

– Tekstil;

– IT

İxrac missiyasında iştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).
Müsabiqə 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 7 fevral 2019-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

İxracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;

nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;

sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;

Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

İxrac missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

Ərizə;

dəstək tədbirində iştirakla bağlı Şərtlər;

sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;

son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;

bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);

Sənədlər aşağıdakı ünvan üzrə 31 yanvar 2019-cu il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Səməd Həsənov

AZPROMO – İnvestisiyaların Təşviqi Departamentinin baş layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 112)
E-mail: [email protected]

Aybəniz Məmişova
AZPROMO – İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 124)
E-mail: [email protected]

Son xəbərlər
Digər xəbərlər