32 C
Baku
Thursday, June 20, 2024

Sahibkarlığa Kömək Fondu ləğv prosesində olan bankı məhkəməyə verib

Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu ləğv prosesində olan “Bank of Azərbaijan” ASC-ni (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) məhkəməyə verib.

Nəsimi Rayon Məhkəməsinə müraciət edən Sahibkarlığa Kömək Fondu borclunun əmlaklarının üzərinə həbs qoyulması barədə tələb irəli sürüb.

Məhkəmə qərardad çıxardaraq təqdimatı təmin edib.

Qərardaddan narazı qalan bank apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə qərardadı ləğv edib, icraata xitam verib.

Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər