Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri fevralda yenidən görüşəcək.
Üçtərəfli Komissiya çərçivəsində Şahid Mustafayev, Mqer Qriqoryan və Aleksey Ocerçuk ilk dəfə yanvarın 30-da görüşmüşdülər.
Həmin görüş zamanı 2 ekspert yarımqruplarının yaradılması barədə razılıq əldə edilmişdi. Birinci altqrupa İqtisadiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi, ikinci yarımqrupa isə yenə də XİN, DTX, ərzaq təhlükəsizliyi və inspeksiya orqanları daxil edilib.
Görüşdə Cənubi Qafqazda dəmir yolu və avtomobil yolları kommunikasiyalarının tam açılması müzakirə olunacaq.