28 C
Baku
Saturday, July 27, 2024

“SalamAir” Bakıya uçuşları bərpa edir

Omanın “SalamAir” şirkəti yay mövsümü üçün Bakıya və Qazaxıstanın Almatı şəhərinə reysləri bərpa edir.

Bu barədə aviaşirkətdən məlumat verilib.

Bildirilib ki, ötən il Bakı və Almatıya aviareyslər müvafiq olaraq 85% və 87% doluluqla həyata keçirilib. Bunu nəzərə alaraq “SalamAir” iyunun 16-da Bakıya, iyunun 18-də isə Almatıya həftədə iki dəfə olmaqla uçuşlara başlayacaq.

Ötən ay Bakıya 13-ü aşağı büdcəli (loukoster) olmaqla, 33 aviaşirkət 3 853 reys həyata keçirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər