9 C
Baku
Thursday, December 12, 2024

Samara-Bakı istiqamətində uçuşların sayı artırılıb

Rusiyanın “Utair” aviaşirkəti noyabr ayından Samara-Bakı istiqamətində əlavə reys açır və bu aviareys hər çərşənbə axşamı yerinə yetiriləcək.

Cümə axşamı və bazar günləri də uçuşlar qrafikə uyğun olaraq qalır.

Samaradan Bakıya gediş saat 13:40-da, dönüş isə – saat 17:05-də həyata keçiriləcək. Səyahət vaxtı ümumilikdə 2 saat 20 dəqiqə çəkəcək.

“Utair – Sərnişin Hava Yolları”nın prezidenti Oleq Semenov qeyd edib ki, Samaradan Azərbaycana uçuşlar bu yay açılıb: “Biz regionlarla MDB ölkələri arasında hava əlaqəsini inkişaf etdirməyi vacib hesab edirik, ona görə də indi mövcud marşrutlar üzrə uçuşların sayını artırır və yeni reyslərin tətbiqini planlaşdırırıq”.

Xatırladaq ki, aviaşirkət Moskva-Bakı, Qroznı-Bakı, Samara-Bakı, Ufa-Bakı, Sankt-Peterburq-Bakı, Tümen-Bakı, Surqut-Bakı, Moskva-Gəncə, Moksva-Naxçıvan istiqamətində reyslər təşkil edir.

Qeyd edək ki, aviaşirkət Rusiyanın regionlarında sərnişin və yük daşımalarını həyata keçirir. “Utair” marşrut şəbəkəsində 100-dən çox istiqamət var. Əsas vəzifə Volqaboyunu, Sibiri, Mərkəzi Rusiyanı və ölkənin cənubunu birbaşa reyslərlə birləşdirməkdir. “Utair” Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, BƏƏ, Tacikistan, Türkiyə və Özbəkistan şəhərlərinə uçuşlar həyata keçirir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər