5 C
Baku
Saturday, December 14, 2024

Şamaxı Rayon İcra Hakimiyyətinə 7 milyon manat ayrılıb

Prezident İlham Əliyev “Şamaxı rayonunda xidmət infrastrukturunun texniki təminatının gücləndirilməsi haqqında” sərəncam imzalayıb.

Banker.az xəbər verir ki, sərəncamla Şamaxı rayonunda məişət tullantılarının daşınması və utilizasiyası, yolların təmizlənməsi, ictimai nəqliyyat xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi üçün texnika və avadanlıq alınması məqsədilə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 7 milyon manatı Şamaxı Rayon İcra Hakimiyyətinə ayrılıb.

Son xəbərlər
Digər xəbərlər