“Samsung” şirkəti AMOLED-ekranlı yeni noutbuklarını təqdim edib – “Galaxy Book Odyssey” və “Galaxy Book Pro”.
Galaxy Book Pro və Pro 360
Şirkətin verdiyi məlumata görə, bu noutbuklar istifadəçilərin gündəlik işlərini “daha asan, hamar və intuitiv” etmək üçün hazırlanıb. Qeyd edildiyi kimi, modellər həm də digər “Galaxy” cihazları ilə işləyir.
Noutbukların xüsusiyyətlərindən biri də yüngül çəkidir: “Galaxy Book Pro” 0.87 kq (15.6 düymlük model – 1.05 kq), “Galaxy Book Pro 360” (13.3 düymlük model – 1.39 kq) isə 1.04 kq-dır.
Hər iki model 11-ci nəsil “Intel Core” prosessoru, “Iris Xe” qrafika, 5G texnologiyası və “Wi-Fi 6Е” ilə təchiz edilib.
“Galaxy Book Pro” həm də sürətli şarj funksiyasını dəstəkləyir. Şirkət batareyanın tutumluğunu açıqlamasa da, istifadəçilərin bütün günü şarj barədə narahat olmadan işləyə biləcəklərini qeyd edib. Model həm də “S Pen” qələmini dəstəkləyir.
Qeyd edək ki, bu, “Samsung”un Super AMOLED ekranlı ilk noutbukudur. O, standart ekranlardan daha az mavi işıq saçır, beləliklə istifadəçilər gözlərini daha az yormuş olur.
Cihazların qiyməti 999.99 dollardan başlayır. Alıcılar aprelin 28-dən başlayaraq noutbukları öncədən sifariş edə bilərlər. Satışlar mayın 14-də başlayacaq.
Galaxy Book Odyssey
Bu oyun modeli 11-ci nəsil “Intel” prosessoru, “NVIDIA GeForce RTX 3050” və ya “RTX 3050 Ti” videokartı ilə təchiz edilib.