27 C
Baku
Saturday, July 27, 2024

“Samsung” işçilərinə ChatGPT-dən istifadə etməyi qadağan etdi

“Samsung Electronics” şirkəti mümkün məlumat sızması səbəbindən işçilərinə iş yerində ChatGPT və ona bənzər çat-botlardan istifadə etməyi qadağan edib, bu barədə “Bloomberg” yazır.

“Yeni qaydalar şirkətə məxsus kompüter, planşet və telefonlarda, həmçinin daxili şəbəkələrdə generativ süni intellekt sistemlərinin istifadəsini qadağan edir”, – mesajda deyilir.

Şəxsi cihazlarda süni intellektdən istifadə edən işçilərdən bu barədə məlumat vermək istənilib.

Martın sonunda sahibkar İlon Mask da daxil olmaqla, süni intellekt sahəsində mindən çox mütəxəssis neyron şəbəkəsi üzrə təlimlərin dayandırılmasına çağırıb.

Son xəbərlər
Digər xəbərlər