“Samsung” şirkəti bilərzik-smartfon yaradıb

Cənubi Koreyanın “Samsung” şirkəti smartfon və “ağıllı” saatı birləşdirən hibrid qurğu üzərində çalışır. Bu barədə “91mobiles” nəşri məlumat yayıb.

Jurnalistlər tərəfindən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) bazasında şirkətin elastik ekranının yuxarı hissəsi korpusdan ayrılan smartfon üçün patenti aşkarlanıb. Beləliklə, onu biləyə dolayaraq “ağıllı” saat kimi istifadə etmək mümkün olacaq.

Müəlliflərin fikrincə, yığılmış vəziyyətdə telefonun yuxarı hissəsi sorğu məlumatlarını göstərir və smartfon akkumulyatorundan enerji toplayır. Bilərzik “Bluetooth” vasitəsilə qurğu ilə məlumat mübadiləsi edə biləcək. Materialda qeyd olunur ki, şirkətin mühəndisləri tərəfindən yaradılan qurğu quruluşuna görə “Galaxy Note” seriyalı smartfonlarla işləyən və telefonun korpusunun aşağı hissəsində xüsusi yerdə yerləşən “S-Pen” rəqəmli qələmini xatırladır.

“Samsung” şirkətinin ötən il müraciət etdiyi patent hüququ iyunda dərc olunub. Bununla əlaqədar jurnalistlərin fikrincə, hibrid qurğunun buraxılış imkanları azdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.