21 C
Baku
Friday, April 26, 2024

“Samsung” şirkəti “Mutual Transfer Alliance” qrupuna üzv olub

Cənubi Koreya nəhəngi “Samsung” mobil qurğular – smartfon, planşet və s. arasında yeni simsiz lokal məlumat ötürmə standartını inkişaf etdirən “Mutual Transfer Alliance” (MTA) qrupuna qoşulub.

“MTA” Alyansı iki il əvvəl Çinin “Xiaomi”, “Oppo” və “Vivo” şirkətləri – dünyanın ən böyük smartfon tədarükçüləri tərəfindən yaradılıb. Standart faylların 20 meqabayt/saniyə sürətində mübadilə imkanını nəzərdə tutur.

Bir müddət əvvəl “MTA” qrupuna “OnePlus”, “Meizu”, “ZTE”, “Black Shark” və “HiSense” kimi şirkətlər, eləcə də “Republic of Gamers” (ROG) oyun brendi ilə “ASUS” qoşulub. Bu dəfə isə alyansa “Samsung” şirkəti üzv olub.

Qeyd edək ki, “Samsung” şirkəti hazırda “Quick Share” adlı simsiz məlumat ötürmə funksiyasına malikdir. Yaxın gələcəkdə şirkətin mobil qurğularının “MTA” texnologiyasının dəstəyi ilə təchiz ediləcəyi gözlənilir.

Cənubi Koreya istehsalçısının “MTA” Alyansına daxil olması bu sistemin tezliklə populyarlıq qazanacağından xəbər verir. “Samsung” şirkətinin əksər regionlarda ən böyük smartfon tədarükçüsü olması “MTA” texnologiyasının populyarlığının artmasına xidmət edəcək.

Mənbəİctnews
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər