6 C
Baku
Saturday, December 14, 2024

“Samsung” şirkəti özünün ilk qatlana bilən smartfon satışını təxirə salıb

Bugün məlum oldu ki, Samsung şirkəti özünün ilk qatlana bilən smartfon modeli olan Galaxy Fold-un satışını təxirə salıb. İlk öncə söhbət, təkcə Çin bazarından gedirdi. Lakin sonradan məlum oldu ki, bu problem digər ölkələrin bazarları üçün də keçərlidir.

Bu barədə Gagadget saytı xəbər verib. Şirkət internetdə yayılmış bu məlumatlara tez reaksiya verərək rəsmi açıqlamanı təqdim edib. Qeyd etmək lazımdır ki, sözügedən smartfonun 23-24 aprel tarixlərində Çində satışa çıxması münasibətilə şirkət Honkonqda və Şanxayda xüsusi tədbir keçirtmək niyyətində idi. Lakin son anda şirkət həmin tədbirlərin keçirilməsini təxirə salıb.

    Bununla yanaşı The Wall Street Journal saytı xəbər verib ki, Galaxy Fold smartfonunun satışları həmçinin ABŞ bazarında da təxirə salınıb. Şirkətin rəsmi açıqlamasında deyilir ki, Galaxy Fold modellərindəki ekranlarda olan problemlər səbəbilə onlar hələki satışa çıxmayacaqlar. Qeyd etmək lazımdır ki, Galaxy Fold modellərində olan ekranların problemləri barəsində məlumatı həmçinin bir neçə müddət bundan öncə jurnalistlər də vermişdilər. Belə ki, sözügedən cihazın test versiyalarını əldə etmiş jurnalistlər qeyd etmişdilər ki, 1-2 günlük istifadədən sonra smartfonun ekranı yararsız hala düşür.

    “Smartfonun ekranı ilə bağlı problemlərin yaşanması üzrə məlumatların ilkin araşdırılması nəticəsində məlum oldu ki, həmin problemlər smartfonun açıq hissəsində olan petlələr ilə əlaqəli ola bilər. Bundan əlavə olaraq elə bir hala rast gəlnib ki, smartfonun daxilində olan maddə onun ekranına təsir edib. Biz, ekranların təhlükəsizliklərinin təmin olunması üçün lazımi tədbirləri görəcəyik” – deyə Samsung şirkəti bildirib. Şirkət etiraf edib ki, smartfon müəyyən səviyyədə təkmilləşdirməyə ehtiyac duyur. Buna görə də o, satışları təxirə salıb. Galaxy Fold-un yeni satış tarixini şirkət yaxn bir neçə həftə ərzində elan etməlidir.

©Technote

Son xəbərlər
Digər xəbərlər